Tərtər rayonunun gənclərindən, Tərtər, Azərbaycan
Möhtərəm cənab Prezident,
Sizin Vaşinqtona səfəriniz zamanı əldə olunan alqışalayiq qələbə biz gəncləri ürəkdən sevindirdi. Bir daha əmin olduq ki, Sizin rəhbərliyinizlə Azərbaycanımızı daha yüksək zirvələrə qaldıracaq, yeni uğurlara imza atacağıq.
Cənab Ali Baş Komandan, bu çox mühüm uğur münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirik. Biz böyük qürur hissi ilə Sizin apardığınız siyasəti dəstəkləyirik. Necə ki, Sizin prezidentliyiniz dövründə yetişən, Qarabağı görməyən gənclər Ali Baş Komandanlığınızla doğma torpaqlarımızı işğaldan azad etdi, biz gənclər də Vətənimizin daha da çox tərəqqisi naminə əlimizdən gələni edəcək, ətrafınızda həmişə sıx birləşəcəyik. Siz daim gənclərin yanında olursunuz, onlara dəstək verirsiniz. Bu gün hər bir gənc Sizinlə fəxr edir.
Hörmətli Prezident, Sizin qazandığınız qələbə bütövlükdə Azərbaycan xalqının qələbəsidir. Sizə minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı, ölkəmizin daha parlaq gələcəyi naminə yorulmaz fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq.
Hörmətlə,
Tərtər rayonunun gəncləri:
Elvin Umudov
Murad Səfərov
Hacı Quluzadə
Kənan Mehdiyev
Nail Şərifzadə
İlqar Bəhmənli
Azərbaycan Respublikası, Tərtər rayonu