Osman Bülent Zülfikardan, Konstansa, Rumıniya
Zati-aliləri,
Sizi Qara Dəniz Regionu Rektorlarının Konfransı - Qara Dəniz Universitetləri Şəbəkəsinin Baş Assambleyası adından ABŞ-yə işgüzar səfərinizin nəticələri, xüsusilə regiona davamlı sülhün, sabitliyin gətirilməsi məqsədilə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla Birgə Bəyannamənin imzalanması münasibətilə təbrik edirəm.
Bu hadisə Qafqazdan Balkanlara, Yaxın Şərqdən Şərqi Avropaya qədər geniş Qara dəniz regionunda sülhə ümidin ilk əlamətidir. Eyni zamanda,
üç onillikdən artıq davam edən münaqişədən sonra Ermənistan Respublikası ilə münasibətlərin normallaşdırılmasına dair konkret addımların atılması xoşməramlılığın sübutudur. Bu mərhələnin nailiyyəti əlamətdardır və razılaşdırılmış addımların, xüsusilə də sülh müqaviləsinin imzalanmasının və ratifikasiyasının vaxtında həyata keçirilməsini təmin etmək üçün Sizə uğurlar arzulayırıq.
Qara Dəniz Universitetləri Şəbəkəsi olaraq, münaqişədən sonra etimadın qurulmasının mürəkkəb prosesində Azərbaycan və Ermənistan universitetlərindən olan həmkarlarımızla hərtərəfli normallaşma istiqamətində işləmək, yardım etmək və təcrübə mübadiləsi aparmaq üçün Sizə tam dəstək verəcəyimizə əmin ola bilərsiniz. Uzunmüddətli sülh quruculuğu prosesinə dəstəklə bağlı təkliflərimizi təqdim etməyə hazırıq.
İcazə verin, ən yüksək ehtiramımın ifadəsi olaraq Sizə möhkəm cansağlığı və böyük nailiyyətlər arzulayım.
Hörmətlə,
Osman Bülent Zülfikar
Qara Dəniz Universitetləri Şəbəkəsinin prezidenti,
İstanbul Universitetinin rektoru, professor
Rumıniya, Konstansa şəhəri.