15 avqust 2025, 14:31

Aytən Demirovskadan, London, Böyük Britaniya

Hörmətli cənab Prezident,

Sizin Amerika Birləşmiş Ştatlarına səfəriniz zamanı 2025-ci il avqustun 8-də Ağ Evdə Ermənistanla sülhə dair Bəyannamənin imzalanması bizi çox sevindirdi. Biz bu məqamın yetişməsini uzun illərdir səbirsizliklə gözləyirdik. Buna görə Sizə dərin minnətdarlığımızı bildiririk. Çünki bu uğur məhz Sizin müdrik siyasətiniz, qətiyyətiniz, prinsipiallığınız sayəsində mümkün oldu. Əldə edilən razılaşmaların böyük əhəmiyyəti var. Hər iki xalq, nəhayət, sülh şəraitində yaşaya, qarşılıqlı hörmət və anlaşma əsasında gələcək qurmağa başlaya bilər.

Mən və Böyük Britaniyada yaşayan ailəm Sizin Amerika Birləşmiş Ştatlarına səfərinizi böyük qürur hissi ilə izlədik. Vaşinqtonda səsləndirdiyiniz fikirlər hər bir azərbaycanlının evində əks-səda doğurdu.

Cənab Prezident, Siz bizə bir daha qürur hiss yaşatdınız. Vaxtilə Ulu Öndər Heydər Əliyevin dediyi kimi, biz fəxr edirik ki, azərbaycanlıyıq. Ailəmizin dəstəyi və duaları hər zaman Sizinlədir. Sizə təşəkkür edirik.

Ən dərin hörmətlə,

Aytən Demirovska

Böyük Britaniya, London şəhəri.