Lev Spivakdan, Yerusəlim, İsrail
Hörmətli cənab Prezident,
Sizi Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə töhfə verən mühüm hadisələr, xüsusilə, Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları hökumətləri arasında əməkdaşlıq memorandumunun imzalanması münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu addım, şübhəsiz ki, hər iki ölkəyə fayda, iqtisadiyyatın, təhlükəsizliyin və innovasiyaların inkişafına töhfə verməklə yanaşı, artan etimadın və tərəfdaşlığın sübutudur.
Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsinə dair Birgə Bəyannamənin imzalanması xəbərinə də çox nikbin baxıram. Bu mühüm hadisə regionun tarixində yeni səhifə açır, bu torpaqların sakini olan bütün xalqların uzunmüddətli sülh, sabitlik və firavanlıq içində yaşaması üçün möhkəm zəmin yaradır. Bu prosesdəki uzaqgörənliyiniz və səyləriniz ən yüksək qiymətə layiqdir.
Sizə və bütün Azərbaycan xalqına xoşbəxtlik, əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Lev Spivak, “Azİs” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının III Prezidenti
İsrail Dövləti, Yerusəlim şəhəri