Vüqar Şahbazlıdan, Amerika Birləşmiş Ştatları
Hörmətli cənab Prezident,
Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında tarixi Birgə Bəyannamənin imzalanmasından böyük sevinc və iftixar hissi duyduq. Amerikadakı Azərbaycan və Türk icmaları adından Sizi bu böyük nailiyyət münasibətilə təbrik edirik. Bu qələbənin qazanılması Sizin həyata keçirdiyiniz uğurlu siyasətin nəticəsidir. Ölkəmizin milli maraqlarının təmin edilməsinə xidmət edən bu qlobal miqyaslı hadisə həm də regionda uzunmüddətli sülhün və sabitliyin bərqərar olunması baxımından mühüm önəm kəsb edir.
Sizin prinsipial mövqeyiniz, düşünülmüş siyasətiniz və qətiyyətli liderliyiniz sayəsində Azərbaycan bu gün beynəlxalq arenada güclü, etibar edilən bir dövlət kimi qəbul olunur. Biz, xaricdə yaşayan azərbaycanlılar Sizin yorulmaz fəaliyyətinizi, ölkəmizin, xalqımızın maraq və mənafelərini qətiyyətlə və cəsarətlə müdafiə etməyinizi alqışlayırıq.
Cənab Prezident, Sizin qalib Lider olaraq Ağ Evdəki qürurlu, məğrur duruşunuz yaddaşlardan silinməyəcək, tarixdə əbədi qalacaqdır.
Sizə minnətdarlığımızı bildirir, möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq.
Hörmətlə,
Vüqar Şahbazlı
Millennial Düşüncə Mərkəzinin, “Milli Dua Ziyafəti” Amerika–Azərbaycan Dostluq Qrupunun və Türk–Amerika Koalisiyası Siyasi Fəaliyyət Komitəsinin təsisçi üzvü
Amerika Birləşmiş Ştatları