14 avqust 2025, 18:21

Samir Novruzovdan, Amerika Birləşmiş Ştatları

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan,

Amerikada və bütün dünyada yaşayan vətənpərvər azərbaycanlılar Sizin uzaqgörən dövlət başçısı, böyük diplomat kimi apardığınız siyasətin nə dərəcədə müdrik olmasının bir daha canlı şahidi oldular.

Sizin nüfuzunuz və qətiyyətli siyasətiniz nəticəsində Ağ Evdə Azərbaycan və Ermənistan arasında Sülh Bəyannaməsi imzalanmış, ATƏT-in lazımsız Minsk qrupunun ləğvi ilə bağlı müraciət ünvanlanmış, Zəngəzur dəhlizinin açılmasına ABŞ-dən dəstək verilmiş və nəhayət, Azərbaycana qarşı ədalətsiz şəkildə tətbiq edilmiş 907-ci düzəliş ləğv edilmişdir. Bu böyük diplomatik qələbə münasibətilə Sizi Hyustonda yaşayan Azərbaycan icması və ABŞ-Azərbaycan İnteqrasiya Mərkəzi adından səmimi-qəlbdən təbrik edirik.

Əminik ki, Sizin rəhbərliyiniz altında Cənubi Qafqazda sülh, iqtisadi inkişaf və əmin-amanlıq olacaqdır. Sizə dərin təşəkkürümüzü bildiririk.

Dərin hörmət və ehtiramla,

Samir Novruzov

ABŞ-Azərbaycan İnteqrasiya Mərkəzinin rəhbəri

Amerika Birləşmiş Ştatları