14 avqust 2025, 15:40

Tofiq Hüseynovdan, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident,

Siz müasir Azərbaycanın tarixini qızıl hərflərlə yazırsınız. Böyük Zəfərin ardından, əsrlər boyu qanlı-qadalı hadisələrə səbəb olmuş bir münaqişəni qətiyyətlə sonlandırmaq və əbədi sülhə nail olmaq ərəfəsindəsiniz. Azərbaycan və Ermənistan arasında imzalanan Bəyannamə və paraflanan sülh sazişi təkcə bu iki ölkə üçün deyil, ümumilikdə region üçün uğurlu və xoşbəxt gələcək vəd edir.

Zəngəzur dəhlizinin siyasi, coğrafi və iqtisadi əhəmiyyətini göz önündə canlandırdıqda insan qəlbi riqqətə gəlir. Bu gün əldə etdiyimiz hər bir uğur öz ardınca növbəti uğur gətirir.

Sizin adınız Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır.

Hörmətlə,

Tofiq Hüseynov

Azərbaycan Respublikası, Tərtər şəhəri.