14 avqust 2025, 15:18

Cəmil Quliyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sizin uzaqgörən siyasətiniz, müdrik rəhbərliyiniz, Azərbaycan Silahlı Qüvvələrinin qüdrəti sayəsində xalqımızın adı tarixə qalib xalq kimi yazılmışdır.

Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış və 30 ildən çox davam etmiş münaqişə döyüş meydanında Sizin Ali Baş Komandanlığınızla 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının tarixi zəfəri, düşmənin kapitulyasiyası ilə başa çatmışdır. 2023-cü ildə isə 23 saatlıq antiterror tədbirlər ilə ölkəmizin suverenliyi bərpa edilmişdir.

Döyüş meydanında Sizin rəhbərliyinizlə bu möhtəşəm qələbələrimizin davamı olaraq 8 avqust 2025-ci il tarixində dünyanın bir nömrəli paytaxtı - Vaşinqtonda Amerika Birləşmiş Ştatları Prezidentinin iştirakı ilə keçirilmiş görüş yalnız Azərbaycan ilə Ermənistan arasında deyil, regionda qarşılıqlı hörmət və sülhün möhkəmləndirilməsi üçün etibarlı təməldir. Azərbaycan Prezidentinin və Ermənistanın Baş nazirinin Vaşinqton şəhərində keçirilmiş görüşünə dair imzalanmış Birgə Bəyannamədən göründüyü kimi Siz qalib dövlətin Müzəffər Prezidenti olaraq milli maraqlarımızın diplomatiya meydanında da tam təmin edilməsinə nail olmusunuz.

Zati-aliləri!

İcazə verin Azərbaycan Respublikasının dünyada söz sahibinə çevrilməsi yolunda həyata keçirdiyiniz məqsədyönlü siyasətə, qazanılan möhtəşəm tarixi qələbələrə, Vaşinqton şəhərində imzalanmış sənədə görə Sizə öz dərin ehtiramımı və minnətdarlığımı çatdırım.

Dərin hörmətlə,

Cəmil Quliyev,

Əməkdar incəsənət xadimi, professor.

Azərbaycan Respublikası, Bakı şəhəri.