14 avqust 2025, 15:00
Xalidə Qarayevadan, Abşeron, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizin müdrik siyasətiniz və yorulmaz fəaliyyətiniz hər bir azərbaycanlı kimi məndə də böyük qürur hissi yaradır. Amerika Birləşmiş Ştatlarının Prezidenti ilə görüşünüz və Ermənistanla Birgə Bəyannamənin imzalanması, gələcək sülh sazişinin paraflanması tarixi əhəmiyyət daşıyır və xalqımıza ümid, sabitlik və xoşbəxt gələcək vəd edir.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, uzun ömür və fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Sizinlə fəxr edirik!
Hörmətlə,
Xalidə Qarayeva
Azərbaycan Respublikası, Abşeron rayonu, Masazır kəndi.