Kərim Kərimovdan, Barselona, İspaniya
Hörmətli cənab Prezident,
İspaniyada yaşayan Azərbaycan icması, Barselonadakı Azərbaycanlılar Cəmiyyəti və Barselona Azərbaycan Evi adından Azərbaycan və Ermənistan arasında imzalanmış tarixi razılaşmalar münasibətilə Sizə ən səmimi təbriklərimizi çatdırıram.
Bu hadisə ölkəmizin tarixində yeni bir səhifə açır və Sizin sülhə, sabitliyə və xalqımızın rifahına sarsılmaz sədaqətinizin parlaq nümunəsidir. Bu, təkcə diplomatik uğur deyil, həm də güclü və birləşmiş Azərbaycan üçün uzaqgörən liderliyinizin təsdiqidir.
Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımıza, o cümlədən diasporumuza göstərdiyiniz davamlı diqqət və dəstəyə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizin qayğınız bizim milli irsimizi qorumaq, mədəniyyətimizi tanıtmaq və İspaniyada Azərbaycanı fəxrlə təmsil etmək səylərimizi daha da gücləndirir.
Sizə möhkəm cansağlığı, uğurlar və ölkəmizin davamlı sülh və inkişaf yolunda yeni nailiyyətlər arzulayıram.
Hörmətlə,
Kərimov Kərim, "Barselonadakı Azərbaycanlılar Cəmiyyəti"nin sədri və Barselona Azərbaycan Evinin rəhbəri
İspaniya Krallığı, Barselona şəhəri