İsmayıllı ziyalıları və ağsaqqalları adından, İsmayıllı, Azərbaycan
Əziz Prezidentimiz!
Əlli milyonluq dünya azərbaycanlılarının müstəqil dövləti olan Azərbaycanımızın ərazi bütövlüyünün bərpası, işğalçı qüvvələrin həm döyüş meydanında, həm də siyasi arenada darmadağın edilməsi bizi sülhə və tam qələbəyə daha da yaxınlaşdırır.
Düşmən tərəfindən vəhşicəsinə dağıdılan mülkü ərazilərdə aparılan abadlıq-quruculuq işləri sülhsevər siyasətinizin bariz nümünəsidir. Hazırki mərhələdə apardığınız sülhsevər siyasət təkcə Azərbaycanın və Cənubi Qafqazın deyil, dünya xalqlarının dinc, yanaşı yaşamaq arzularına layiqli töhvədir. Ədalətli müharibənin qalibi kimi dünya xalqlarına sülh, əmin-amanlıq kimi çağırışlarınız vətəndaş olaraq hər birimizi qürurlandırır. İnamlı, məqsədyönlü siyasətiniz təkcə Azərbaycan xalqını deyil, tərəqqipərvər bəşəriyyətin bir çox xalqlarını Sizin ətrafınızda birləşdirir. Sülh danışıqları ilə bağlı dünya tarixinin parlaq səhifəsinə çevrilən Vaşinqton görüşləri Azərbaycan diplomatiyasının uğuruna bariz nümunədir. Dünyanın hazırki çox mürəkkəb hərbi və siyasi təlatümlü bir dönəmində uzaqgörən siyasətinizlə ölkəmizi növbəti qələbələrə çatdıracağınıza tam əminik!
Bu yolda Sizə uzun ömür, sağlamlıq və daim polad iradə arzulayıram.
İsmayıllı ziyalıları və ağsaqqalları adından hörmətlə,
Rəsulov Şəfaqət Həbib oğlu,
Əməkdar müəllim, təqaüdçü
Azərbaycan Respublikası, İsmayıllı şəhəri.