Daməd Qasımovdan, Şirvan, Azərbaycan
Əziz və hörmətli cənab Prezident
Xalqımızın, dövlətimizin, dünyamızın rifahı naminə 2025-ci il avqustun 8-də Amerika Birləşmiş Ştatlarında keçirdiyiniz görüşləri bir vətandaş kimi yüksək qiymətləndirirəm, imzalanmış sənədləri isə qələbəmizin davamı kimi dəyərləndirirəm.
Mərhum dahi şairimiz Hüseyin Cavid demişkən: “Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü”. Siz xilaskar və dahisiniz cınab Prezident.
Sizə yeni-yeni uğurlar və qələbələr arzulayıram. Siz türk dünyasının böyük qəhrəman oğlu, öz adını türk dünyası tarixinə əbədi olaraq yazan xalqın sevimli qəhrəmanısınız.
Xalqımızın xoşbəxt firavan yaşaması naminə şərəfli fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.
Hörmətlə,
Qasımov Daməd Əvəz oğlu
Azərbaycan Respublikası, Şirvan şəhəri.