Gəncə ziyalıları və elm adamları adından, Gəncə, Azərbaycan
Cənab Prezident!
Azərbaycan tarixinin ən mühüm və yadda qalan səhifələrindən biri Sizin uzun illər ərzində böyük məsuliyyət, əzmkarlıq və uzaqgörənliklə həyata keçirdiyiniz layihələrin parlaq nəticəsidir. Sizin rəhbərliyiniz altında ölkəmiz misilsiz uğurlar əldə etmiş, beynəlxalq arenada öz mövqeyini möhkəmləndirmiş və xalqımızın rifahı üçün möhkəm təməl qurulmuşdur.
Tarixə nəzər saldıqda görürük ki, 8 rəqəmi xalqımız üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, 8 noyabr – Zəfər Günü, 8 avqust tarixində Azərbaycan–Ermənistan sülh müqaviləsi layihəsinin irəli sürülməsi, 907-ci qərarın ləğv edilməsi və hər zaman qeyd etdiyimiz Zəngəzur dəhlizinin reallaşması kimi tarixi hadisələr Sizin qətiyyətli və müdrik siyasətinizin bariz nümunələridir. Bu nailiyyətlər təkcə Azərbaycanın deyil, bütün regionun sabitliyinə və inkişafına töhfə vermişdir.
Cənab Prezident!
Sizin neçə illərdir rəhbərlik etdiyiniz ölkəmizdə həyata keçirdiyiniz islahatlar və uzaqgörən siyasət Cənubi Qafqazdakı mürəkkəb siyasi prosesləri dərindən təhlil etdiyinizi və bu prosesləri ustalıqla idarə etdiyinizi göstərir. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın oynadığı mühüm rol dünya miqyasında yüksək qiymətləndirilir. Sizin rəhbərliyinizlə dünyanın aparıcı dövlətləri ilə bağlanmış birbaşa müqavilələr ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun və iqtisadi gücünün göstəricisidir. Bu uğurlar Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınmasını təmin etmişdir.
Cənab Prezident!
Biz, Gəncə şəhərinin ziyalıları, Sizin həyata keçirdiyiniz mühüm və məsuliyyətli layihələrin dəyərini dərindən anlayır və qiymətləndiririk. Xalqımızın rifahı, ölkəmizin tərəqqisi və suverenliyinin qorunması naminə gördüyünüz çətin, lakin şərəfli işlər hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir. Biz Sizin siyasətinizin Azərbaycanı daha güclü, müstəqil və firavan gələcəyə apardığına inanır, bu yolda Sizə sonsuz uğurlar diləyir və hər zaman Sizinləyik.
Dərin ehtiramla,
Gəncə şəhərinin ziyalıları və elm adamları adından:
Fuad Əliyev - AMEA-nın həqiqi üzvü, akademik, Gəncə ziyalılar cəmiyyətinin sədri
İbrahim Cəfərov Elmi-Tədqiqat Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun direktoru, AMEA–nın müxbir üzvü, professor
Zəfər Qurbanov - Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, dosent
Yusif Yusibov - Gəncə Dövlət Universitetinin rektoru, professor
Yaşar Ömərov - Azərbaycan Texnologiya Universitetinin rektoru, dosent
Mehman Rzayev - Gəncə Tibb Kollecinin direktoru
Kamil Fətəliyev - Elmi-Tədqiqat Mexanikləşdirmə İnstitutunun direktoru, texnika elmləri namizədi, dosent, Azərbaycan Dövlət Aqrar Universitetinin fəxri professoru
Mahir Hacıyev - Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun direktoru, fəlsəfə doktoru
AMEA Gəncə Bölməsinin Elektron Xitmətlər Şöbəsinin müdiri Fərhad Mirzəyev
Azərbaycan Respublikası, Gəncə şəhəri.