13 avqust 2025, 14:50

Rasim Balayevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Vaşinqtonda imzalanan sənədlər, Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması istiqamətində görülən işlər xalqımızın tarixinə böyük hərflərlə yazılacaq. Siz bu tarixi hadisənin müəllifi kimi, Azərbaycan xalqını daha böyük qələbələrə doğru aparırsınız, Azərbaycanı dünyanın güclü dövlətlərindən birinə çevirirsiniz.

Sizi növbəti qələbəmiz münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar arzu edirəm.

Sizinlə fəxr edirəm!

Hörmətlə,

Rasim Balayev,

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri,

Azərbaycan Respublikasının Xalq artisti,

Azərbaycan Respublikası, Bakı şəhəri.