13 avqust 2025, 11:00
Elsevər Məmmədovdan, Rotterdam, Niderland
Hörmətli cənab Prezident,
Vaşinqtonda sülh bəyannaməsinin və digər mühüm sənədlərin imzalanması münasibətilə Sizi Benilüks Azərbaycanlıları Konqresi adından təbrik edirik.
Bu tarixi addım ölkəmiz və region üçün sabitlik və rifahın möhkəmlənməsinə xidmət edəcəkdir. Sizin müdrik siyasətiniz bu uğurun əsas səbəbidir.
Cənab Prezident, Sizə cansağlığı, fəaliyyətinizdə müvəffəqiyyətlər, xalqımıza isə davamlı tərəqqi və rifah arzulayırıq.
Dərin hörmətlə,
Elsevər Məmmədov
Benilüks Azərbaycanlıları Konqresinin sədri
Niderland Krallığı, Rotterdam şəhəri