Fərhad Xəlilovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident,
Sizi Azərbaycan Rəssamlar İttifaqının üzvlərinin və şəxsən öz adımdan Amerika Birləşmiş Ştatlarının iştirakı ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında imzalanmış Birgə Bəyanat kimi tarixi hadisə münasibətilə təbrik edirəm.
Bu hadisə Sizin həyata keçirdiyiniz müdrik, uzaqgörən və çoxşaxəli siyasətin Azərbaycanın müasir dünyada əsas güc mərkəzlərindən birinə çevrilməsini əyani şəkildə təsdiq etdi. Sizin qətiyyətiniz sayəsində ölkəmiz yalnız milli maraqlarını müdafiə edən deyil, həm də regionun beynəlxalq gündəliyini formalaşdıran aparıcı qüvvəsinə çevrilmişdir.
Azərbaycan Sizin rəhbərliyinizlə ardıcıl şəkildə nümayiş etdirdi ki, onunla güc, təzyiq və ya ultimatum dili ilə danışmaq olmaz və mümkün deyil. Arqumentin gücü, tarixi həqiqətə hörmət, suverenliyin müdafiəsində möhkəmlik və bərabərhüquqlu dialoq aparmaq bacarığı bu gün ölkəmizin beynəlxalq imicini müəyyən edən əsas keyfiyyətlərdir.
Siz, qarşıya qoyulan bütün məqsədlərə nail olaraq, bu bəyanatın imzalanmasını şəxsi qələbənizə və bütün Cənubi Qafqaz üçün qələbəyə çevirdiniz.
Gündəlikdə duran bütün məsələlər, eləcə də çoxsaylı digər problemlər həll edildi ki, bu da bir daha hər hansı danışıqlarda maksimal nəticə əldə etmək bacarığınızı təsdiq etdi.
Eyni zamanda Amerika Birləşmiş Ştatlarının Prezidenti tərəfindən Sizə dünyanın nömrə bir iş kabinetinin açarlarının böyük ehtiramla təqdim olunması hər bir azərbaycanlını qürurlandırdı.
İmzalanmış bəyanat sadəcə sənəd deyil, bu, Azərbaycanın regionda sülhün və ədalətin qarantı, yaradıcı layihələrin təşəbbüskarı və qarşılıqlı hörmət ideyalarının daşıyıcısı kimi çıxış etdiyi yeni bir dövrün siyasi bəyanatıdır. Bu addımda, Sizin şəxsi qətiyyətiniz və gələcəyin güc, xalqın birliyi və strateji düşüncə kimi əsaslar üzərində qurulacağına sarsılmaz inamınız öz əksini tapmışdır.
Biz, yaradıcı ziyalılar, Sizin liderliyiniz dövründə yaşamaq və yaratmaqdan qürur duyuruq. Biz görürük ki, Sizin fəaliyyətinizdə tarixin dərindən bilinməsi, milli qürur hissinin mükəmməlliyi və ölkə üçün yeni üfüqlər açmaq bacarığı birləşir.
Çox hörmətli Prezident, Sizə və ölkəmizin çox hörmətli Birinci vitse-prezidenti Mehriban xanıma Azərbaycanın rifahı naminə yeni uğurlar, eləcədə böyük ailənizə xoşbəxtlik və firavanlıq arzulayıram.
Dərin hörmət və ehtiramla,
Fərhad Xəlilov, Azərbaycan Rəssamlar İttifaqının sədri
Azərbaycan Respublikası, Bakı şəhəri.