13 avqust 2025, 14:22
Məshəti Şərif Özyürekdən, İstanbul, Türkiyə
Hörmətli cənab Prezident,
Amerika Birləşmiş Ştatlarında əldə etdiyiniz uğurlu nəticələri və imzalanmış tarixi razılaşmaları böyük sevinc və qürur hissi ilə qarşıladım.
Sizin uzaqgörən siyasətiniz, diplomatik ustalığınız və qətiyyətiniz sayəsində Azərbaycan sülhün, sabitliyin və beynəlxalq hörmətin rəmzinə çevrilməkdədir.
Uzun illər müharibə şəraitində yaşamış bir insan kimi mən yaxşı bilirəm ki, sülhün qiyməti ölçülməzdir.
Cənab Prezident, xaricdə yasayan jurnalist və diaspora üzvü kimi Sizə minnətdaram!
Hörmətlə,
Məshəti Şərif Özyürek
Türkiyə Respublikası, İstanbul şəhəri