13 avqust 2025, 16:51

“Ingla School Baku” kollektivindən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Dünən ABŞ-da Azərbaycan və Ermənistan arasında imzalanmış dəyərli və sülhə aparan sənədlər Azərbaycan tarixinin ən mühüm hadisələrindən biridir. Bu tarixi hadisə Sizin öndərliyinizlə dünya tarixinə həkk olur.

Sizin rəhbərliyinizlə Azərbaycan xalqının əldə etdiyi uğurlar son 300 illik tarixin problemlərini həll edən uğurlardır. Sizin müzəffər Ali Baş Komandanlığınızla böyük zəfərin əldə edilməsi ardınca, işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin aparılması böyük qayıdışın həyata keçirilməsi və bugünlərdə çox böyük qürur hissi ilə içərisində olduğumuz Birfə Bəyannamənin imzalanması və 100 illərə söykənən düşmənliyin bitməsi Sizin böyük liderliyinizin, diplomatik bacarıqlarınızın və bir sərkərdə kimi uğurunuzdur.

Biz, "Ingla School Baku” kollektivi olaraq, bu tarixi hadisə münasibətilə Sizi təbrik edirik və Sizə təhsil ictimaiyyəti adından öz minnətdarlığımızı bildiririk.

Siz Azərbaycan tarixini yazırsınız – və beləliklə Siz Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunursunuz.

Allah Sizi və Azərbaycanı qorusun!

Hörmətlə,

“Ingla School Baku” kollektivi

Azərbaycan Respublikası, Bakı şəhəri.