Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbaydan

13 avqust 2025, 13:45

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Sizin 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş görüşünüzün yekunlarına dair Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla tarixi Birgə Bəyannamənin imzalanması münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Zati-alinizin müasir tarixə həkk olunmuş qətiyyətli və hüquqauyğun addımları Asiyada uzun müddət davam etmiş daha bir münaqişənin həll olunmasını təmin etdi.

Azərbaycanın əldə etdiyi bu əlamətdar nailiyyət ölkənizin regional və qlobal sülh və təhlükəsizliyin təşviqinə dönməz sadiqliyini bir daha nümayiş etdirdi.

Zati-alinizin strateji rəhbərliyi altında Azərbaycanın səyləri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) əhatə etdiyi geniş regionun tranzit və nəqliyyat potensialının reallaşması ilə dayanıqlı əlaqəliliyə, mədəniyyətlərarası dialoqun təşviqinə, iqlim dəyişikliyi ilə bağlı çağırışlarla mübarizəyə və AQEM-in vasitəçilik, münaqişələrin həlli və münaqişədən sonra bərpa qabiliyyətlərinin güclənməsinə mühüm töhfə verir.

Zati-aliləri, Azərbaycana və xalqınıza davamlı sülh və firavanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Kayrat Sarıbay

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə

Müşavirənin Baş katibi

SƏNƏDLƏR Sərəncamlar 09 noyabr 2026
14:00
Draqan Vladisavljeviçin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                            

Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmət...

09 noyabr 2026, 14:00