13 avqust 2025, 17:15

Kürçaylı Məmmədovdan, Salyan, Azərbaycan

Salam, cənab Prezident!

XXI əsrin ən müdhiş hadisələrindən biri Sizin rəhbərliyinizlə qazanılan Qarabağ Zəfəri oldu. Azərbaycan ilə Ermənistan arasında ABŞ-da imzalanmış Bəyannamə də əsrin mühüm hadisələrindən biridir.

Əlbəttə, Azərbaycanı sevməyən qara qüvvələrə bütün bunlar ağır gəlir. Amma biz bilirik ki, Siz bu tarixi Zəfərləri əldə etmək üçün Azərbaycan xalqına və böyük səbrinizə arxalandınız. Dünən Sizə təzyiq edənlər bu gün Sizi təbrik edirlər. Çünki Siz nəyi, necə, nə vaxt etmək lazım olduğunu bilən böyük Lidersiniz.

Əbədi sülhünüz mübarək, cənab Prezident!

Tanrı Sizi və Azərbaycanı qorusun!

Hörmətlə,

Kürçaylı Məmmədov, televiziya jurnalisti

Azərbaycan Respublikası, Salyan şəhəri.