13 avqust 2025, 10:00
Rauf Babacandan, İstanbul, Türkiyə
Möhtərəm cənab Prezident,
2025-ci il avqustun 8-də ABŞ-da Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında imzalanmış tarixi sənədlər münasibətilə Zati-alinizə və bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi yetirirəm.
Bu münasibətlə şəxsən öz adımdan və təmsil etdiyim “Oktan” Türk Təşkilatı adından Sizə sülh, əmin-amanlıq, Zati-alinizə cansağlığı və bütün Azərbaycan xalqına firavanlıq arzulayıram.
Hörmətlə,
Rauf Babacan, “Oktan” Türk Təşkilatının rəhbəri
Türkiyə Respublikası, İstanbul şəhəri