Vəfa Əbilovadan, Saylan, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizin Vaşinqtona səfəriniz, keçirdiyiniz görüşlər, imzaladığınız üçtərəfli Bəyannamə və digər sənədlər regionda sabitliyin və sülhün təmin olunması istiqamətində xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan xalqı Sizin müdrik liderliyinizlə növbəti dəfə qələbə qazanaraq inanılmaz qürur və fəxarət hissi yaşadı. Əldə olunan bütün uğurlar Sizin uzaqgörənliyinizin təntənəsidir. Sizə sonsuz minnətdarlığımızı bildiririk. Biz həqiqətən xoşbəxt xalqıq.
Cənab Prezident, inanırıq ki, Sizin qətiyyətli liderliyinizlə Azərbaycan gələcəkdə hələ çox uğurlar qazanacaqdır. Ölkəmizin daha parlaq gələcəyi naminə yorulmaz fəaliyyətinizdə Sizə müvəffəqiyyətlər arzulayıram.
Hörmətlə,
Vəfa Ədalət qızı Əbilova
Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Salyan rayon komitəsinin sədri
Azərbaycan Respublikası, Salyan rayonu