Erdal Aksoydan, İstanbul, Türkiyə
Hörmətli cənab Prezident,
Sizi ABŞ-yə uğurlu səfəriniz, Prezident Donald Tramp ilə səmərəli görüşünüz, imzalanan mühüm sənədlər və tarixi əhəmiyyətli razılaşmalar münasibətilə ürəkdən təbrik edirəm.
Səfər çərçivəsində imzalanmış sənədlər, xüsusilə Sizin və Ermənistanın Baş nazirinin ABŞ Prezidentinin şahidliyi ilə imzaladığınız Bəyannamə, Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanması regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından tarixi əhəmiyyət kəsb edir.
Bununla yanaşı, Naxçıvanla maneəsiz əlaqənin yaradılmasına xidmət edəcək nəqliyyat bağlantısı bütün regionun iqtisadi çiçəklənməsinə böyük töhfə verəcəkdir.
Eyni zamanda, Azərbaycan-Ermənistan sülh gündəliyinin irəli aparılmasında, iki ölkə arasında münasibətlərin normallaşması prosesində Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın və qardaş Türkiyənin mühüm rolu olmuşdur.
Bu yaxınlarda Azərbaycan təbii qazının Türkiyə ərazisindən Suriyaya ixracının başlanması isə enerji təhlükəsizliyi və sosial rifah baxımından bütün bölgə üçün mühüm hadisədir.
Şirkətimiz bu tarixi əməkdaşlıq mühitində həyata keçiriləcək layihələrdə iştirak etməyi və iki qardaş ölkə arasında iqtisadi və strateji əlaqələrin möhkəmlənməsinə xidmət göstərməyi şərəf bilir.
Sizə möhkəm cansağlığı, yorulmaz fəaliyyətinizdə uğurlar və Azərbaycan xalqı üçün daha böyük nailiyyətlər arzulayıram.
Hörmətlə,
Erdal Aksoy
“Aksoy Holding”in İdarə Heyətinin sədri
Türkiyə Respublikası, İstanbul şəhəri