13 avqust 2025, 10:20

Rüstəm Məmmədovdan, Biləsuvar, Azərbaycan

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan

Qarabağda qazandığınız Qələbə ilə xalqımıza yaşatdığınız sevinc hisslərini bu dəfə sülh masasındakı uğurunuzla bir daha yaşatdınız.

Torpaqlarımızın erməni işğalından azad edilməsi ilə regionun inkişafında yeni mərhələ başladı. Sülh sazişi isə bu inkişafı daha da sürətləndirəcək, xalqımız daha yaxşı yaşayacaq.

Siz bir daha qalib oldunuz. Xalqımıza növbətu uğuru yaşatdığınıza görə Sizi ailə üzvlərimlə birlikdə təbrik edir, apardığınız xarici və daxili siyasəti tam dəstəklədiyimizi bildirirəm.

Allah Sizi qorusun!

Hörmətlə,

Məmmədov Rüstəm

Azərbaycan Respublikası, Biləsuvar rayonu