Faiq Cəbrayılovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident!
Sizin avqustun 8-də ABŞ-yə səfəriniz çərçivəsində əldə etdiyiniz yüksək naliyyətlərdən qurur duyur, fəxr edirik.
İlk öncə ABŞ-ın Ağ Evində Azərbaycanın 3 rəngli , ay ulduzlu bayrağını görəndə cox sevindim. Sizin çıxışınızı canlı yayında izləyirdim. ABŞ Prezidentinin Sizə verdiyi dəyər, Sizinlə söhbət zamanı səmimi olması cox sevindirici hal idi.
Cənab Prezident, Sizin müdrük siyasətçi, praqmatik diplomat olmağınızın nəticəsidir ki, dediyiniz kimi, dünyanın bir nömrəli ölkəsində, bir nömrəli ofisində - “Ag evdə” ən əsas “ Sülh sazişinin“ paraflanmasına, "Azadlığın müdafiə aktı"na 907-ci düzəlişin ləğvinə və ATƏT-in Minsk Qrupunun buraxılmasına, Azərbaycanı Naxçıvanla birləşdirən dəhlizin açılmasına, Ermənistanın konstitusiyasında ərazi iddialarının çıxarılmasına nail olmusunuz. Bu böyük bir tarixi nailiyyətdir.
Qoy bu dövlətlər arasında imzalanmış Bəyənnamə Azərbaycanımıza əsrlər boyu sulh və əminəmanlıq gətirsin .Sizinlə qürür duyuruq, hər bir xalq, millət ölkəsi üçün Sizin kimi Prezidentin olmasını Allahdan diləyir. Siz tək Azərbaycanın yox, Cənubi Qafqazın dahi Liderisiz.
Cənab Prezident, Sizi qazanılan ən uğurlu naliyyətlərlə bir daha təbrik edirəm. Siz - tarix yazan Müzəffər Ali Baş Komandansınız.
Allah Sizi qorusun, cənab Prezident.
Hörmətlə,
Cəbrayılov Faiq Akif oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu