12 avqust 2025, 17:40
Afət Məmmədovadan, Füzuli, Azərbaycan
Hörmətli cənab Prezident!
Sizin cəsarətiniz, qətiyyətli mövqeyiniz sayəsində bu gün Azərbaycan dünya dövlətləri arasında söz sahibinə çevrilib.
Cənubi Qafqaz regionunda çoxdan gözlənilən sülhə yol açan Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması müharibənin acısını görmüş biz məcburi köçkünləri də çox sevindirdi.
Bu saziş məhz Sizin uzunmüddətli ardıcıl diplomatik səylərinizin nəticəsidir. Bundan əlavə, haqsız qəbul edilmiş 907-ci düzəlişin aradan qaldırılması da Sizin növbəti uğurunuzdur.
Cənab Prezident, bundan sonra da şərəfli fəaliyyətinizdə Sizə uğurlar arzulayır, bir ana kimi Sizə cansağlığı diləyirəm.
Tanrı Sizi qorusun!
Hörmətlə,
Məmmədova Afət
Azərbaycan Respublikası, Füzuli rayonu, Qayıdış qəsəbəsi