12 avqust 2025, 16:30

Gülarə Verdiyevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

2025-ci il avqustun 8-də Vaşinqton şəhərində Ermənistan ilə Azərbaycan arasında imzalanmış Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş layihəsinin ilkin imzalanması xəbərini böyük sevinc, dərin qürur və ümid hissi ilə qarşıladıq.

Bu sənəd yalnız hüquqi akt deyil — o, uzun illər davam edən gərginlik və sınaqlardan sonra regionumuzun gələcəyi üçün yeni, sabit və parlaq bir səhifədir. Bu nailiyyət Sizin qətiyyətli, uzaqgörən və prinsipial rəhbərliyinizin, eləcə də ölkəmizin beynəlxalq aləmdə möhkəmlənən nüfuzunun bariz təzahürüdür.

Azərbaycanın haqq səsinin dünyada eşidilməsi, tarixi ədalətin bərpası, milli maraqlarımızın təmin olunması və sülhün bərqərar olması istiqamətində göstərdiyiniz fədakarlıq və diplomatik ustalıq hər birimizin qəlbində dərin minnətdarlıq doğurur.

Əminik ki, bu tarixi sazişin tezliklə tam şəkildə ratifikasiya olunması bölgədə davamlı sülh, sabitlik, əməkdaşlıq və rifah üçün möhkəm təməl yaradacaq. Sizin rəhbərliyiniz altında ölkəmizin inkişafı, birliyi və beynəlxalq mövqeləri bundan sonra da daha da güclənəcəkdir.

Azərbaycan xalqına bəxş etdiyiniz bu tarixi uğur üçün Sizə səmimi təşəkkürümüzü bildirir, möhkəm cansağlığı, tükənməz enerji və Vətənimiz naminə gələcək fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq.

Dərin hörmətlə,

Verdiyeva Gülarə

Azərbaycan Respublikası, Bakı şəhəri