12 avqust 2025, 16:11

Hızır Kureşdən, Trabzon, Türkiyə

Hörmətli cənab Prezident,

Sizi güclü liderliyinizlə qazandığınız uğurlara görə təbrik edirəm! Siz, sözün əsl mənasında, Böyük Lidersiniz! Sizin sayənizdə əvvəllər Azərbaycana təqyiq edə biləcək qüvvələr artıq ölkənizlə hesablaşır. Bizim müstəqil Azərbaycanımız var, öz taleyini özü həll edir, qətiyyətli qərarlar verir.

Sizin iradənizi, qətiyyətinizi Qarabağ müharibəsində bütün dünya gördü. Ölkənin mənafeyinə toxunan bütün hallarda Sizin qətiyyətli duruşunuz heyranedicidir.

Hazırkı qərarlarınız Azərbaycanı daha da gücləndirəcək. Biz bütün hallarda Sizin yanınızdayıq. Zəngəzur dəhlizi qardaş torpaqları birləşdirəcək! Ölkələr arasında iqtisadi əlaqələr vüsətlənəcək.

Ağ Evin simvolik açarının Sizə verilməsi Sizi və Azərbaycanı sevən hər kəsi qürurlandırdı. Türkiyə dövləti və türk xalqı Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olması istiqamətində əldə edilən irəliləyişdən məmnundur. Hər zaman yanınızdayıq!

Hörmətlə,

Hızır Kureş, sahibkar

Türkiyə Respublikası, Trabzon şəhəri