12 avqust 2025, 15:20

Alan Kennedi və Larisa Andersondan, Qlazqo, Birləşmiş Krallıq

Möhtərəm cənab Prezident,

Ağ Evdə Amerika Birləşmiş Ştatları, Azərbaycan və Ermənistanın liderlərinin iştirakı ilə Azərbaycan və Ermənistan arasında dostluq və mehriban qonşuluq haqqında Birgə Bəyannamənin imzalanması Azərbaycanı sevənlərə böyük sevinc bəxş etdi.

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dostluq və mehriban qonşuluq münasibətləri haqqında Bəyannaməni imzalamağınız münasibətilə Sizi və bütün Azərbaycan xalqını təbrik edirik. İnanırıq ki, bu addımlar problemin müsbət həll edilməsinə şərait yaradacaq.
Ailəmiz adından Sizə möhkəm cansağlığı, ailə səadəti, Sizə və xalqınıza uğurlar arzulayırıq. Əminik ki, Sizin rəhbərliyinizlə dövlətiniz bundan sonra da sülhə, xoşbəxt, firavan gələcək quruculuğuna doğru addımlayacaqdır.

Hörmətlə,

Alan Kennedi və Larisa Anderson

Böyük Britaniya, Şotlandiya, Qlazqo şəhəri.