Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 1862 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

12 avqust 2025, 12:34

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 1862 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 10, maddə 1139 (Cild I); 2025, № 3, maddə 227) ilə təsdiq edilmiş “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bəndə “(o cümlədən nəzarət və tənzimləmə),” sözlərindən sonra “elektron hökumətin inkişafının təmin olunması, rəqəmsal hökumətə keçidin sürətləndirilməsi,” sözləri əlavə edilsin.

2. 2.1.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.1.5. Nazirliklə birgə elektron xidmətlər, habelə dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri barədə qiymətləndirmələr aparmaq;”.

3. 3-cü hissə üzrə:

3.1. 3.1.5-ci yarımbənddə “sahəsində” sözü “, habelə “elektron hökumət” sahələrində” sözləri ilə əvəz olunsun və həmin yarımbəndə ikinci halda “texnologiyaların” sözündən sonra “, o cümlədən informasiya-kommunikasiya texnologiyalarının” sözləri əlavə edilsin;

3.2. 3.1.6-cı yarımbəndə “texnologiyaların” sözündən sonra “, o cümlədən informasiya-kommunikasiya texnologiyalarının” sözləri əlavə edilsin;

3.3. 3.1.7-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.7. dövlət orqanlarının (qurumlarının) rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının artırılması üçün tədbirlər görmək, habelə informasiya təhlükəsizliyinin (kritik informasiya infrastrukturu istisna olmaqla) təmini ilə bağlı tədbirlərin həyata keçirilməsində iştirak etmək;”;

3.4. 3.1.8-ci yarımbəndə “inkişaf” sözündən sonra “, habelə “elektron hökumət” sözləri əlavə edilsin;

3.5. 3.1.9-cu yarımbəndə “etmək” sözündən sonra “, eləcə də yardımçı dövlət informasiya sistemlərinin siyahısının müəyyən olunması ilə bağlı Nazirliyə təkliflər vermək” sözləri əlavə edilsin;

3.6. 3.1.10-cu və 3.1.12-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“3.1.10. dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı aidiyyəti dövlət orqanından (qurumundan) sənədləri (texniki məlumatları) almaq;”;

“3.1.12. dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi proseslərində Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi qaydaları”na uyğun olaraq iştirak etmək;”;

3.7. 3.1.14-cü yarımbənddə “sistemlərinin və ehtiyatlarının” sözləri “ehtiyatlarının və sistemlərinin” sözləri ilə əvəz edilsin;

3.8. 3.1.16-cı yarımbəndə “ehtiyatlarında” sözündən sonra “və sistemlərində” sözləri əlavə olunsun və həmin yarımbənddə “keçilməsilə” sözü “keçilməsi ilə, eləcə də “kağızsız hökumət”ə keçid və dövlət orqanlarında (qurumlarında) kağızdan istifadənin minimallaşdırılması ilə” sözləri ilə əvəz edilsin;

3.9. aşağıdakı məzmunda 3.1.16-1–3.1.16-19-cu və 3.2.3-1–3.2.3-5-ci yarımbəndlər əlavə edilsin:

“3.1.16-1. “elektron hökumət”in inkişafı, o cümlədən “elektron hökumət” layihəsinin həyata keçirilməsi üçün zəruri tədbirlərin görülməsində iştirak etmək;

3.1.16-2. elektron xidmət təminatçısı, dövlət informasiya ehtiyatının və sisteminin sahibi və operatoru ilə birgə həmin informasiya ehtiyatından və sistemindən səmərəli və effektiv istifadə imkanlarının artırılması məqsədilə texniki və təkmilləşdirici tədbirlər görmək;

3.1.16-3. dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi, eləcə də elektron xidmətlər göstərilməsi ilə bağlı texniki tələblərə dair Nazirliyə təkliflər vermək;

3.1.16-4. “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nin və İnformasiya Mənbələrinin Reyestrinin aparılmasında iştirak etmək;

3.1.16-5. dövlət orqanlarının (qurumlarının) göstərdikləri xidmətlərin elektron formada təşkili və təkmilləşdirilməsi ilə bağlı tədbirlər görülməsində normativ hüquqi aktların tələblərinə uyğun olaraq iştirak etmək;

3.1.16-6. elektron xidmətlərlə, habelə dövlət informasiya ehtiyatları və sistemləri ilə bağlı dövlət orqanları (qurumları) tərəfindən təqdim olunan layihələrə onların texniki cəhətdən və səmərəlilik baxımından məqsədəuyğunluğu barədə rəy verilməsində iştirak etmək;

3.1.16-7. elektron xidmətlər, habelə dövlət informasiya ehtiyatı və sistemi onların yaradılmasına, həmçinin formalaşdırılmasına, genişləndirilməsinə, bölünməsinə və ya birləşdirilməsinə dair layihələrə uyğun olmadıqda, texniki normalara, standartlara və tələblərə cavab vermədikdə, onlarda zəruri dəyişiklik və təkmilləşdirmə aparılması üçün Nazirliyə təkliflər vermək, dövlət orqanlarına (qurumlarına) əməli və metodiki kömək göstərmək;

3.1.16-8. dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri arasında informasiya mübadiləsinin, habelə elektron xidmətlərin göstərilməsinin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təşkilində iştirak etmək;

3.1.16-9. elektron xidmətlərin, eləcə də inteqrasiya olunan dövlət informasiya ehtiyatının və sisteminin təhlükəsiz, dayanıqlı və fasiləsiz fəaliyyətinin elektron xidmət təminatçısından, dövlət informasiya ehtiyatının və sisteminin sahibindən, operatorundan və iştirakçısından tələb edilməsi ilə bağlı Nazirliyə müraciət etmək;

3.1.16-10. inteqrasiya olunan dövlət informasiya ehtiyatının və sisteminin sahibi və ya operatoru tərəfindən normativ hüquqi aktların tələbləri pozulduqda və ya dövlət informasiya ehtiyatının və sisteminin fəaliyyətini ləngidəcək, dayandıracaq və ya onlara zərər vura biləcək davranışlara yol verildikdə, məlumat mübadiləsinin bu nöqsanlar aradan qaldırılanadək dayandırılması məqsədilə Nazirlik qarşısında məsələ qaldırmaq;

3.1.16-11. informasiyanın ilkin mənbələrinin müəyyənləşdirilməsini, həmin mənbələrdən əldə edilməsini və istifadəsini təşkil etmək;

3.1.16-12. elektron xidmətlərin təşviqi məqsədilə əhalinin maarifləndirilməsi istiqamətində tədbirlər görmək;

3.1.16-13. operatoru olaraq müəyyən edildiyi dövlət informasiya ehtiyatlarının və sistemlərinin idarə olunması, fəaliyyətinin təmin edilməsi və təkmilləşdirilməsi ilə əlaqədar zəruri tədbirləri həyata keçirmək;

3.1.16-14. ölkə üzrə rəqəmsal inkişafın arxitekturasının (informasiya proseslərinin həyata keçirilməsini təmin edən informasiya ehtiyatlarının və sistemlərinin, informasiya-kommunikasiya şəbəkəsinin, rəqəmsal tətbiq və platformaların əlaqələndirilmiş formada layihələndirilməsi və fəaliyyətinin təmini) qurulmasını təmin etmək və rəqəmsallaşmanın həmin arxitekturaya uyğun həyata keçirilməsinə nəzarət olunmasında iştirak etmək;

3.1.16-15. dövlət xidmətlərinin həyata keçirilməsinin keyfiyyət standartlarına dair Nazirliyə təkliflər vermək;

3.1.16-16. rəqəmsal inkişafla və elektron hökumətlə bağlı görülən işlərə və həyata keçirilən tədbirlərə (o cümlədən dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılmasına və təkmilləşdirilməsinə, eləcə də elektron xidmətlərin təşkilinə və təkmilləşdirilməsinə) dair ildə iki dəfə Nazirliyə hesabat vermək;

3.1.16-17. biliklərə əsaslanan iqtisadiyyatın, o cümlədən sosial-iqtisadi fəaliyyətin yeni formalarının (e-ticarət, telesəhiyyə, teleiş və sair) inkişafı ilə bağlı Nazirlik və digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə zəruri tədbirlər həyata keçirmək;

3.1.16-18. ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatını və onlardan istifadəni beynəlxalq normalara uyğun olaraq Nazirlik və digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) iştirakı ilə tənzimləmək;

3.1.16-19. dövlət orqanlarının (qurumlarının) elektron xidmətləri barədə vətəndaşlardan daxil olan irad və təklifləri təhlil edərək, aidiyyəti dövlət orqanlarına (qurumlarına) məlumat göndərmək;”;

“3.2.3-1. normativ hüquqi aktlarda müəyyən edilmiş hallarda dövlət orqanlarının (qurumlarının) malik olduqları informasiya ehtiyatlarına və sistemlərinə çıxış əldə etmək, dövlət orqanları (qurumları) tərəfindən göstərilən xidmətlərin elektron formada təşkili ilə bağlı müvafiq proqram təminatını hazırlamaq məqsədilə həmin orqanların (qurumların) xidmət prosesini öyrənmək və müvafiq təkliflər vermək;

3.2.3-2. elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi ilə bağlı layihələrin təşəbbüsçüsü, icraçısı və ya sifarişçisi kimi çıxış etmək;

3.2.3-3. dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması zamanı onların təsdiq olunmuş layihələrə, texniki normalara, standartlara və tələblərə uyğun həyata keçirilməsinə nəzarət olunmasında və istismara qəbulunda Nazirliklə birlikdə iştirak etmək;

3.2.3-4. dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri arasında informasiya mübadiləsinin həyata keçirilməsi məqsədilə yaradılmış infrastruktura qoşulmaları üçün dövlət orqanlarına (qurumlarına) təkliflər vermək;

3.2.3-5. elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi ilə bağlı dövlət orqanlarının (qurumlarının) təkliflərini toplamaq, onları təhlil etmək və rəy vermək;”;

3.10. 3.2.4-cü yarımbənddə “fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət informasiya sistemlərinin və ehtiyatlarının qiymətləndirilməsində və onların istismara qəbulunda” sözləri “dövlət orqanlarında (qurumlarında) elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmələr aparılmasında” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 avqust 2025-ci il 

SƏNƏDLƏR Sərəncamlar 10 aprel 2026
15:00
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılmasının 10 illiyi münasibətilə qərara alıram:

Vətəndaşların mənzil...

10 aprel 2026, 15:00
SƏNƏDLƏR Qanunlar 09 aprel 2026
16:39
“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu...

09 aprel 2026, 16:39
SƏNƏDLƏR Sərəncamlar 08 aprel 2026
13:59
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq...

08 aprel 2026, 13:59
SƏNƏDLƏR Fərmanlar 08 aprel 2026
13:58
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2023-cü il 1 may tarixli 2130 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan...

08 aprel 2026, 13:58
SƏNƏDLƏR Sərəncamlar 08 aprel 2026
13:57
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 fevral tarixli 327 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında...

08 aprel 2026, 13:57
SƏNƏDLƏR Sərəncamlar 08 aprel 2026
13:56
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük...

08 aprel 2026, 13:56
SƏNƏDLƏR Sərəncamlar 08 aprel 2026
13:55
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli 2446 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası...

08 aprel 2026, 13:55