Arif Quliyevdən, Kiyev, Ukrayna
“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının üzvləri olan soydaşlarımızın və şəxsən öz adımdan Sizi və bütün xalqımızı ən xoş arzu, istəklərlə 2025-ci il avqustun 8-də Vaşinqton şəhərində imzalanan Birgə Bəyannamə ilə yeni zəfərlərə imza atdığınıza görə təbrik edir, Sizə gözəl əhval-ruhiyyə, ürəyinizdə və ətrafınızda daim firavanlıq olmasını arzu edirik.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı naminə arzu və vəsiyyətlərini həyata keçirdiyiniz humanist və sülhsevər siyasətli fəaliyyətinizlə doğma Azərbaycanımızın durmadan inkişafını, dünya ölkələri arasında tutduğu layiqli yeri bir daha təsdiqlədiniz.
Ölkəmiz üçün ağır keçən bir tarixi dövrü Sizin əməyinizlə başa gələn böyük Qələbə ilə başa vurduq, buna görə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Ölkəmizin Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevə bu sevincə, Azərbaycana yaşatdığı dəyərlərə görə dərin minnətdarlıq hisslərimizi də çatdırmaqdan şərəf duyuruq. Dünya durduqca var olasınız! Azərbaycanımıza eşq olsun!
Azərbaycanımızın dövlət quruculuğu sahəsindəki təcrübəsi və həyata keçirilən siyasi, iqtisadi, mədəni əməkdaşlığın genişləndirilməsinə, inkişaf etdirilməsinə göstərdiyiniz diqqət və qayğını yüksək qiymətləndirərək bu əlamətdar gündə Zati-alinizə və bütün ailə üzvlərinizə, doğma Azərbaycanımıza möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizin daha da inkişafı naminə yeni-yeni uğurlar arzulayırıq.
Ən dərin hörmət və ehtiramla,
Quliyev Arif, “Ukrayna Azərbaycanlıları Alimlər Şurası”, İctimai Təşkilatının sədri, hüquq elmləri doktoru, professor, diplomat, Ukraynanın Əməkdar təhsil işçisi
Ukrayna, Kiyev şəhəri