Salahəddin Qəhramanovdan, Kəlbəcər, Azərbaycan
Hörmətli cənab Prezident,
2025-ci il 8 avqust tarixində Amerika Birləşmiş Ştatlarında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında imzalanmış tarixi Bəyannamə münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Sizin qətiyyətli rəhbərliyiniz, prinsipial mövqeyiniz və uzaqgörən siyasətiniz nəticəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü beynəlxalq hüquq çərçivəsində tam təsdiq olunmuş, bölgədə uzunmüddətli sülhün və sabitliyin təmin edilməsi istiqamətində mühüm tarixi addım atılmışdır.
Bu razılaşma xalqımızın çoxillik həsrətinə son qoyaraq, gələcək nəsillər üçün firavan, təhlükəsiz və sabit həyatın möhkəm təməlini qoymuşdur. Əminəm ki, Sizin rəhbərliyiniz altında Azərbaycan Respublikası bundan sonra da iqtisadi inkişaf və vətəndaşlarımızın rifahının yüksəldilməsi sahəsində daha böyük nailiyyətlər əldə edəcəkdir.
Sizə möhkəm cansağlığı, uzun ömür və dövlət başçısı kimi məsuliyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
Qəhramanov Salahəddin Natiq oğlu
Azərbaycan Respublikası, Kəlbəcər rayonu.