12 avqust 2025, 12:21
Mənsur Xaspoladovdan, Quba, Azərbaycan
Hörmətli cənab Prezident!
Sizin Müzəffər Ali Baş Komandan kimi Amerikada iştirak etdiyiniz tədbirlər, görüşlər, sülh yolunda apardığınız müzakirələr öz müsbət nəticələrini verməkdədir. Gələcək sülh üçün xalqımıza bəxş etdiyiniz sevincə və nikbinliyə görə ailəmin və özümün adından Sizə dərin minnətdarlığımızı bildirirəm.
Sizin qətiyyətli mövqeyiniz, uzaqgörən siyasətiniz və vətənpərvərliyiniz hər birimiz üçün qürur mənbəyidir. Sizə möhkəm cansağlığı, uğurlar və xalqımıza daim xoş günlər bəxş etməyinizi arzulayırıq.
Hörmətlə,
Mənsur Xaspoladov
Azərbaycan Respublikası, Quba rayonu, Rustov kəndi.