Nazim Quliyevdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident!
ABŞ-yə səfəriniz çərçivəsində əldə edilən uğurlar, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı razılaşma və ABŞ-nin Azərbaycana qarşı sanksiyaları aradan qaldırması Sizin uzaqgörən və prinsipial siyasətinizin parlaq nəticəsidir. Bu tarixi addımlar yalnız diplomatik zəkanızın deyil, eyni zamanda milli maraqlar uğrunda apardığınız ardıcıl və qətiyyətli mübarizənin göstəricisidir.
Siz yeganə lidersiniz ki, əsrlər boyu tarixən mümkün hesab olunmayan məsələləri gerçəkləşdirərək torpaqlarımızın işğaldan azad edilməsinə nail oldunuz. Bu, yalnız hərbi və siyasi qələbə deyil, həm də xalqımızın mənəvi qürurunun bərpasıdır. Zəngəzur dəhlizinin açılması istiqamətində atdığınız addımlar isə təkcə region üçün deyil, həm də beynəlxalq nəqliyyat və iqtisadi əməkdaşlıq sahəsində yeni imkanların yaranmasına şərait yaratmışdır.
Bu gün dünya miqyasında Siz, regional sabitlik və sülhün təminatçısı kimi tanınırsınız. Azərbaycan və Ermənistan arasında sülh sazişinə aparan yolun əsas memarı olaraq, Siz yalnız ölkəmizdə deyil, beynəlxalq arenada da hörmət və etimad qazanmısınız. Dünya mediası Sizin uzaqgörən siyasətinizi yüksək qiymətləndirir və bölgədə yeni siyasi reallığın formalaşmasında rolunuzu xüsusi vurğulayır.
Hörmətlə,
Nazim Quliyev
Azərbaycan Respublikası, Bakı şəhəri. Yasamal rayonu.