12 avqust 2025, 11:05
Kamaləddin Məmmədovdan, Lənkəran, Azərbaycan
Hörmətli cənab Prezident.
Vaşinqtonda Azərbaycan və Ermənistanın liderləri tərəfindən ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Birgə Bəyannamənin imzalanması Sizin strateji zəkanızın, yüksək diplomatik ustalığınızın və milli maraqlarımıza sarsılmaz sədaqətinizin tarixi təntənəsidir.
Bu qərar, xalqımızın təhlükəsizliyini, dövlətimizin ərazi bütövlüyünü və regionda davamlı sabitliyi təmin edən möhtəşəm siyasi qələbədir.
Dövlətçilik iradəniz Azərbaycanı qlobal miqyasda nüfuz zirvəsinə yüksəltmişdir. Ölkəmizin gələcəyi naminə göstərdiyiniz misilsiz xidmətlərlə görə Sizə minnətdaram.
Hörmətlə,
Məmmədov Kamaləddin Nizami oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri