11 avqust 2025, 18:40

Vaqif Əhmədovdan, Şəki, Azərbaycan

Möhtərəm cənab Prezident,

Şəki rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri və şəxsən öz adımdan Sizə dərin ehtiramımızı bildirir, Amerika Birləşmiş Ştatlarında tarixi əhəmiyyətə malik səfəriniz və orada əldə etdiyiniz möhtəşəm nailiyyətlər münasibəti ilə Sizi, dünya nüfüzlü, qətiyyətli Prezidentimizi, ölkəmizə daim zəfərlər bəxş edən qalib Liderimizi və hər zaman ən böyük tərəfdaşınız, xalqımıza, dövlətimizə böyük xidmətlər göstərən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanımı ürəkdən təbrik edirəm!

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində əldə olunan tarixi irəliləyişdən sonra Cənubi Qafqazın iqtisadi və geosiyasi mənzərəsini köklü şəkildə dəyişəcək, ölkəmizin uğurları daha da artacaq.

Var olun, cənab Prezident!

Hörmətlə

Əhmədov Vaqif, Şəki Ağsaqqallar Şurasının sədri, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Rəşkilatının sədr müavini.

Azərbaycan Respublikası, Şəki şəhəri