Elmira Axundovadan, Bakı, Azərbaycan
Çox hörmətli cənab Prezident,
Əziz İlham Heydər oğlu,
İcazə verin, Sizi yeni çox mühüm qələbə - Vaşinqton Bəyannaməsi və
ABŞ-də əldə edilmiş tarixi razılaşmalar münasibətilə sevinc və qürur göz yaşları ilə təbrik edim.
Siz bu yaxınlarda “həyatda ədalət var” deməklə tamamilə haqlı idiniz. Sadəcə olaraq, bu ədalətin həyata keçirilməsi üçün çox çalışmaq lazımdır.
Siz ötən illər ərzində Azərbaycan dövlətinin başçısı kimi dövrün çağırışları və şəraitindən ölkə üçün maksimum faydalanaraq bunu etmisiniz. Güclü hakimiyyətin məqsədi də məhz bundan ibarətdir. Siz yeni siyasi dəbin yaradıcısı obrazını təcəssüm etdirirsiniz. Siz siyasəti cəsarətlə, açıq və vicdanla aparırsınız, təşəbbüsləriniz və nailiyyətlərinizlə dünyanı heyran edirsiniz.
Sizin Vaşinqtondakı zəfəriniz bir siyasətçinin, Liderin, insanın böyük ləyaqətlə və Vətənə məhəbbətlə keçdiyi uzun yolun məntiqi kulminasiya nöqtəsidir. Bütün bu illər ərzində Siz təkcə gələcəyi qabaqcadan görmürdünüz, həm də onu yaradırdınız... Deyirlər siyasət mümkün olanın sənətidir. Lakin Sizin fəaliyyətinizin nümunəsi bu postulatı yenidən ifadə etməyə imkan verir:
İlham Əliyevin siyasəti qeyri-mümkün olanın sənətidir.
Regionumuzda sülhün, firavanlığın və əməkdaşlığın yeni dövrünü açacaq zəfərli qələbə münasibətilə sevimli Prezidentimi bir daha səmimi-qəlbdən təbrik edirəm. Biz, mədəniyyət xadimləri daha parlaq və daha gözəl gələcəyin yaradılması yolunda həmişə Sizin yanınızda olacağıq.
Hörmətlə,
Elmira Axundova
Azərbaycanın Xalq yazıçısı