11 avqust 2025, 12:19

Elşən Rüstəmovdan, Naftalan, Azərbaycan

Möhtərəm cənab Prezident!

Ölkəmizin inkişafı, xalqımızın rifahı və təhlükəsizliyi naminə gördüyünüz işlər hər bir azərbaycanlı kimi məni və ailə üzvlərimi də qürurlandırır. Hər zaman Sizə və rəhbərlik etdiyiniz dövlətimizə dərin minnətdarlığımızı bildiririk.

Bütün sahələrdə həyata keçirilən islahatlara, hər bir vətəndaşa göstərdiyiniz diqqətə görə Sizə təşəkkür edir, şərəfli fəaliyyətinizdə uğurlar, ölkəmizin parlaq gələcəyi naminə gördüyünüz işlərinizdə davamlı nailiyyətlər arzu edirik.

Biz fəxr edirik ki, Sizin kimi humanist, uzaqgörən, müdrik Prezidentin rəhbərlik etdiyi ölkənin vətəndaşıyıq.

Vətənimizlə, Sizinlə fəxr edir, qürur duyuruq.

Tanrı Sizi və xalqımızı qorusun!

Hörmətlə,

Rüstəmov Elşən Şahmalı oğlu

Azərbaycan Respublikası, Naftalan şəhəri