08 avqust 2025, 16:58

Nərgiz Cavadzadədən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə imzaladığınız Sərəncamla “Tərəqqi” medalına layiq görülməyimdən şərəf duyuram.

Gənc jurnalist kimi fəaliyyətimə verdiyiniz dəyər tərcümeyi-halımın qürurlu səhifələrindəndir.

Praktik jurnalist olmaqla yanaşı 10 ilə yaxındır Azərbaycan Dillər Universitetində jurnalistika ixtisası üzrə pedaqoq kimi çalışıram. Təltif olunmağım həm “Teleqraf” İnformasiya Agentliyində, həm də çalışdığım ali təhsil müəssisəsində üzərimdə böyük məsuliyyət yaradır.

Göstərdiyiniz etimada görə Sizə dərin təşəkkürümü bildirirəm.

Hörmətlə,

Cavadzadə Nərgiz Ehlam qızı, “Teleqraf” İnformasiya Agentliyinin baş redaktoru

Azərbaycan Respublikası, Bakı şəhəri