Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenkodan

24 dekabr 2012, 16:35

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Siz istedadlı və əzmkar bir rəhbər kimi Azərbaycan Respublikasının Prezidenti vəzifəsində işlədiyiniz illər ərzində ölkənizin firavanlığı və çiçəklənməsi, dünya siyasi arenasında onun nüfuzunun və təsirinin möhkəmlənməsi üçün çox iş görmüsünüz.

Şəxsən Sizin bizim şəhərə və Azərbaycan ilə Sankt-Peterburq arasında əməkdaşlığın inkişafına göstərdiyiniz xüsusi diqqəti yüksək qiymətləndirirəm.

Əminəm ki, Sizin fəal dəstəyiniz sayəsində Azərbaycan ilə Sankt-Peterburq arasında qarşılıqlı faydalı işgüzar, elmi, mədəni və humanitar əlaqələrin uğurlu inkişafı xalqlarımız naminə davam edəcəkdir.

Şübhə etmirəm ki, Azərbaycan ilə Sankt-Peterburq arasında Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti sayəsində bu əlaqələrin inkişafı üçün yeni mühüm addımlar atılacaqdır.

Sizə möhkəm cansağlığı, firavanlıq, bütün planlarınızın gercəkləşməsini və doğma ölkəniz naminə fəaliyyətinizdə yeni uğurlar diləyirəm.

Hörmətlə,

Georgi Poltavçenko
Sankt-Peterburqun qubernatoru

SƏNƏDLƏR Sərəncamlar 12 may 2025
15:27
“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29...

12 may 2025, 15:27
SƏNƏDLƏR Fərmanlar 12 may 2025
15:25
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

12 may 2025, 15:25
SƏNƏDLƏR Qanunlar 12 may 2025
15:23
“Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

12 may 2025, 15:23