Ülvi Kərimovdan, Gəncə, Azərbaycan
Möhtərəm cənab Prezident!
Gəncə şəhərində III MDB Oyunlarının keçirilməsi ilə bağlı verdiyiniz qərara və göstərdiyiniz diqqətə görə səmimi təşəkkürümüzü çatdırırıq.
Bu mühüm beynəlxalq tədbirin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə təşkili, təkcə idman sahəsində deyil, həm də gənclər siyasəti, beynəlxalq əlaqələrin möhkəmləndirilməsi və bölgələrimizin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Qədim Gəncədə keçirilən hər bir beynəlxalq tədbir bütün Azərbaycan xalqı və gəncəlilər üçün də qürurvericidir.
Gəncə şəhər ictimaiyyəti, ziyalılar, bütün gəncəlilər bunu Gəncə və gəncəlilərə Sizin dərin diqqət və qayğınız kimi qiymətləndirir və öz səmimi minnətdarlıqlarını bildirirlər.
Hörmətlə,
Kərimov Ülvi Tahir oğlu
Azərbaycan Respublikası, Gəncə şəhəri.