Sədrəddin Ağaxanlıdan, Lerik, Azərbaycan
Hörmətli cənab Prezident,
Ölkəmizdə gedən abadlıq, quruculuq, yenidənqurma işlərinin rayonumuza təsirini görməmək mümkünsüzdür. Kəndlərimizin qaz, işıq, yol infrastrukturunun yenidən qurulması, yaşayış şəraitimizin yaxşılaşdırılması üçün gördüyünüz böyük işlərə görə Sizə minnətdarlığımızı bildiririk. Yolların əsaslı təmiri kəndlərimizlə rayon mərkəzi arasında gediş-gəlişi xeyli asanlaşdırıb.
Hamarmeşə–Bibiyani avtomobil yolunun əsaslı təmiri məqsədi ilə ayrılmış maliyyə vəsaitinə görə sakinlər adından Sizə dərin təşəkkürümü bildirirəm. Bu layihə kəndin həyat şəraitinin yaxşılaşdırılması və turizmin inkişafı baxımından çox önəmlidir.
Sizin rəhbərliyinizlə həyata keçirilən inkişaf siyasətini yüksək qiymətləndiririk. Sizə cansağlığı və yeni uğurlar arzulayırıq.
Hörmətlə,
Ağaxanlı Sədrəddin
Azərbaycan Respublikası, Lerik rayonu.