Hüseyn Əsgərovdan, Naxçıvan, Azərbaycan
Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə imzaladığınız 2025-ci il 21 iyun tarixli Sərəncam bu sahədə çalışan şərəfli peşə sahiblərinin bayram sevincini daha da artırdı. Onlardan biri də mənəm, çünki fəxri ad və "Tərəqqi" medalı ilə təltif olunan media işçiləri sırasında mən də varam. "Tərəqqi" medalı ilə təltif olunduğumu eşitdikdə hansı hissləri keçirdiyimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Bu hissləri mənə yaşatdığınıza görə Sizə xüsusi minnətdarlığımı bildirirəm.
Bu təltifi fəaliyyətimə verilən yüksək qiymət kimi dəyərləndirirəm və qürur duyuram. Azərbaycan milli mətbuatının 150 illiyində belə bir yüksək mükafata layiq görülmək mənim üçün həm şərəf, həm də məsuliyyətdir. Bu gün həqiqətən də, mətbuata, media işçilərinə böyük diqqət və qayğı var, yalnız yaxşı işləmək və uğur qazanacağına inanmaq lazımdır.
Prezidentinin etimadına layiq görülmək hər bir vətəndaş üçün şərəfdir və bu yüksək etimad üçün Sizə bir daha təşəkkür edirəm!
Tanrı Xalqımızı, Dövlətimizi və tariximizə Zəfər yazan Müzəffər Ali Baş Komandanımızı daim var eləsin!
Hörmətlə,
Əsgərov Hüseyn Ələkbər oğlu, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, yazıçı-publisist
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri