Fəxrəddin Vəliyevdən, Şəmkir, Azərbaycan
Möhtərəm cənab Prezident,
Son illər Azərbaycanda həyata keçirilən qlobal layihələr ölkəmizin müasir standartlara cavab verən nəqliyyat sistemini daha da genişləndirir. Yol infrastrukturunun inkişafı həmin bölgədə məhsuldarlığın artması, istehsalın səmərəliliyinin yüksəldilməsinə, turizmin inkişafına xidmət edir.
Bu gün magistral avtomobil yollarının bərpası, ən ucqar kəndlərə yolların çəkilməsi, bölgələrdə nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlər Sizin bu sahəyə olan diqqətinizin göstəricisidir.
Bu günlərdə 6 yaşayış məntəqəsini birləşdirən Dəllər Cəyir-Dəllər Daşbulaq və Qədimqala–Miskinli–Keçili–Xuluf avtomobil yollarının əsaslı təmiri məqsədilə imzaladığınız Sərəncam bu kəndlərdə yaşayan 20 mindən çox adamı sevindirdi.
İnsanların rahatlığını düşünərək onların qayğısına qaldığınız üçün Sizə minnətdarlığımızı çatdırır, möhkəm cansağlığı, ailə xoşbəxtliyi, uzun ömür arzu edirəm.
Ulu Tanrı Sizi qorusun!
Hörmətlə,
Vəliyev Fəxrəddin
Azərbaycan Respublikası, Şəmkir rayonu