Qalib İbrahimoğludan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Azərbaycan milli mətbuatının 150 illiyi ilə əlaqədar imzaladığınız Sərəncamla mükafatlandırdığınız mətbuat işçiləri arasında mən də varam. Adımın təltif olunanların siyahısında görmək məni qürurlandırdı. Sizin tərəfinizdən təltif edilmək mənim üçün böyük şərəfdir.
Məni “Tərəqqi” medalına layiq gördüyünüzə, kiçik zəhmətimə verdiyiniz böyük dəyərə görə Sizə dərin təşəkkürümü bildirirəm.
Sizin Azərbaycan mediasına, jurnalistlərə göstərdiyiniz diqqət və qayğı biz jurnalistləri ruhlandırır, məsuliyyətimizi daha da artırır.
31 illik jurnalistika fəalliyyətimdə daim Azərbaycan Respublikasının maraqlarına, jurnalistikamızın inkişafına xidmət göstərmişəm. Bunda sonra da belə olacağına Sizi əmin edirəm.
Verdiyiniz dəyərə görə Sizə bir daha minnətdarlığımı bildirirəm.
Uca Tanrı Sizi və ailənizi qorusun!
Dərin hörmətlə,
Qalib İbrahimoğlu, “Bakıvaxtı.az” Xəbər Portalının baş redaktoru
Azərbaycan Respublikası, Bakı şəhəri.