Murad Əliyevdən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Milli mətbuatın 150 illik yubileyi münasibətilə imzaladığınız Sərəncamla “Tərəqqi” medalına layiq görülməyimə görə Sizə təşəkkürümü bildirirəm.
Mətbuatda çalışdığım 20 ilə yaxın müddət ərzində Azərbaycanımızın maraqlarına xidmət etmək əsas məqsədim olub.
Bu gün də ölkəmizin bütün rayon və şəhərlərində Sizin rəhbərliyinizlə həyata keçirilən inkişaf, quruculuq proseslərini dolğun şəkildə cəmiyyətə çatdırmağı özüm üçün şərəf və məsuliyyət sayıram.
Cənab Prezident, Müzəffər Ali Baş Komandan, göstərdiyiniz bu yüksək etimad mənə fəaliyyətimdə ən böyük mənəvi stimuldur. Sizi əmin edirəm ki, bundan sonra da göstərdiyiniz strateji kursa uyğun olaraq ölkəmizin inkişafı, bölgələrin dirçəlişinin işıqlandırılması naminə fəaliyyətimi əzmlə davam etdirəcəyəm.
Hörmətlə,
Murad Əliyev, “Yurd.Media” xəbər saytının baş redaktoru.
Azərbaycan Respublikası, Bakı şəhəri.