Kəmalə Məmmədovadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Milli jurnalistika sahəsinə göstərdiyiniz daimi diqqət və dəstəyə görə Azərbaycan media ictimaiyyəti adından Sizə dərin təşəkkürümüzü bildirirəm.
III Şuşa Qlobal Media Forumu həqiqətən də tarixi bir hadisəyə çevrildi. Forumun əhəmiyyətini artıran əsas məqam Sizin şəxsi iştirakınız, media nümayəndələri ilə açıq dialoqunuz və səsləndirdiyiniz mühüm bəyanatlar oldu.
Media nümayəndələrinin medallarla, fəxri adlarla təltif olunması barədə imzaladığınız Sərəncama görə Sizə xüsusi minnətdarlığımızı bildiririk. Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə imzaladığınız Sərəncamda “1news.az” saytının üç əməkdaşının da adı var.
Məni təltif etdiyiniz “Tərəqqi" medalı yalnız yüksək dövlət mükafatı deyil, həm də ölkəmə, peşəmə və cəmiyyətə daha böyük sədaqət, məsuliyyət və peşəkarlıqla xidmət etməyim üçün mənəvi borcdur.
Yaradıcı peşə sahiblərinə göstərdiyiniz diqqət və dəstəyə görə Sizə təşəkkür edirəm. Bu, bizə daha böyük motivasiya ilə irəliləməyə stimul yaradır.
Əminik ki, Sizin rəhbərliyinizlə ölkəmizin mediası həm milli, həm də beynəlxalq səviyyədə mövqelərini daha da möhkəmləndirəcək və inkişaf edəcək.
Hörmətlə,
Məmmədova Kəmalə,
“1news.az” saytının baş redaktoru.
Azərbaycan Respublikası, Bakı şəhəri.