29 iyul 2025, 16:50
İlham Ağayevdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə imzaladığınız Sərəncamla “Tərəqqi” medalı ilə təltif edilməyim məni həm sevindirdi, həm də qürurlandırdı.
Ali Baş Komandan və Prezident kimi həm döyüş, həm də söz meydanında Sizin təltifləriniz şərəf verir. Səmimi-qəlbdən minnətdarlığımı çatdırır, həmkarlarımla birlikdə hər zaman əmrinizdə olduğumuzu bildiririk.
Var olun cənab Prezident, Ali Baş Komandan.
Hörmətlə,
Ağayev İlham Əli oğlu,
“İctimai Televiziya və Radio Yayımları Şirkəti”nin əməkdaşı.
Azərbaycan Respublikası, Bakı şəhəri.