29 iyul 2025, 13:40

Elbay Qasımzadədən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Artıq neçə gündür ki, Sizin Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumundakı çıxışınızın təsiri altındayam.

Dünyada gedən proseslər, onların təhlili və gələcək nəticələri haqqında verdiyiniz proqnozlar bir daha zamanımızın ən görkəmli və uzaqgörən siyasətçiləri sırasında öndə olduğunuzu təsdiqlədi. Bu, bir çox dövlət rəhbərləri üçün örnəkdir.

Eyni zamanda, bizi - Azərbaycan memarlarını çox sevindirən bir hal, Xankəndinin keçmiş dövrlərdə inkişafının əsasını təşkil edən, burada vaxtilə inşa olunmuş möhtəşəm binaların müəllifliyinin məhz Azərbaycanlı memarlara məxsus olmasını vurğulamağınız oldu. Ustad memarlarımızın o cümlədən, atam Ənvər Qasımzadənin adlarını səsləndirməyiniz, eyni zamanda, məni də yada salmağınız həm şərəfli, həm də çox məsuliyyətlidir.

Azərbaycan memarlıq sənətinə göstərdiyiniz diqqətə, verdiyiniz yüksək qiymətə görə dərin minnətdarlıq hissi ilə Sizə cansağlığı və uğurlar arzulayıram.

Dərin hörmət və ehtiramla,

Qasımzadə Elbay,

Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, Azərbaycanın Əməkdar memarı, professor.

Azərbaycan Respublikası, Bakı şəhəri.