29 iyul 2025, 14:32
Aqil Fərəcovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə imzaladığınız Sərəncamla təltif olunmağım və media nümayəndələrinə ünvanladığınız dəyərli sözlər üçün Sizə sonsuz təşəkkürümü bildirirəm.
Sizin mediaya olan diqqətiniz biz gənc jurnalistlər üçün qürur və motivasiya qaynağıdır. Etimadınızı hər zaman doğrultmağa çalışacağam.
Azərbaycan mediasına göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirir, ehtiramımı ifadə edirəm.
Hörmətlə,
Fərəcov Aqil Ələsgər oğlu.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü,
“Yeni Çağ” Media Qrupunun rəhbəri.
Azərbaycan Respublikası, Bakı şəhəri.